ulduz fali

Günün ulduz falı (14.12.2012)

QOÇ
Çox çətin gündür. Bu səbəbdən ciddi və vacib görüşləri bu günə təyin etməyin. Çox səbirsiz olacaqsınız deyə, sizinlə dil tapmaq asan olmayacaq. Istər ailədə, istərsə də işdə münaqişələr qaçılmazdır.
BUĞA
Özünüzü çox yorğun hiss edəcəksiniz. Belə vəziyyətdə sizi əyləndirəcək iş tapmaq asan deyil. Bir sıra problemlərinizi yaxınlarınız həll edəcək. bu gün səhhətinizdə problemlər yarana bilər. Ehtimal ki, xroniki xəstəlik özünü göstərəcək.
ƏKIZLƏR
Bu gün yeni düşmənlərinizi tanıyacaqsınız. Düşmənləriniz mötəbər təbəqənin nümayəndəsi olduğundan onlara qalib gəlmək mümkün deyil. Bu üzdən hiyləyə əl atmalı olacaqsınız. Yeni romantik macəranın başlanacağı da istisna edilmir. Əvvəlcə bunun ciddi və uzun ömürlü olmayacağını düşünəcəəksiniz. Yanılırsınız.
XƏRÇƏNG
Bu gün bütün işlərinizi təxirə salaraq zamanınızı əyləncəli keçirmək istəyəcəksiniz. Belə bir imkanınız yaranacaq. Istər işgüzar, istərsə də şəxsi müstəvidə keçiriləcək görüş üçün münasib gündür. Əgər özünüzdə işgüzarlıq həvəsi yaratsanız, bir çox məsələləri həll etmiş olarsınız.
ŞIR
Qarşınızda geniş imkanlar açılacaq. Sizdən yalnız fürsəti əldən verməmək tələb olunur. Işləriniz nə qədər çox olsa da onları reallaşdırmağa enerjiniz kifayət edəcək. Gün kommersiya işlərilə bağlı danışıqlar aparmaq üçün də münasibdir.
QIZ
Məqsədinizə çatmaq şansınız var. Xoş sürprizdə gözlənilir. Əməkdaşlıq nəticəsində yaxın zamanlarda gəlir əldə edəcəksiniz. Gün istənilən mövzuda müzakirələr aparmaaq üçün əlverişlidir. Bu gün hüquq orqanlarıyla iş aparmaq baş tutacaq.
TƏRƏZI
Bu gün sərbəst qərarlar vermək bürcün bütün nümayəndələrinə nəsib olmayacaq. Yaxşı olar ki, çətin işləri təxirə salasınız. Əks halda yorulmaq ehtimalı çoxdur. Bu da səhhətinizə mənfi təsir edə bilər. Gələcəklə bağlı planların müzakirəsi üçün münasib gündür.
ƏQRƏB
Bu gün düzgün qərarlar verəcəksiniz. Bütün çətinliklərin öhdəsindən tək gəlmək bacarığına sahibsiniz. Köhnə əlaqələrin bərpası gözlənilir. Ehtimal ki, gözlənilməz təklif və dəvət alacaqsınız. Tərəddüd etmədən razılığınızı bildirin, peşman olmayacaqsınız.
OXATAN
Həyəcan dolu gün yaşayacaqsınız. Günün birinci yarısında xarici sakitliyinizi qorumaq çətin olacaq. Ehtimal ki, bürcün tənha nümayəndələrinin həyatını dəyişəcək görüş olacaq. Öz yarını tapmış “Oxatan”lar üçün xoş xəbər var, onlar da günlərini maraqlı keçirəcəklər.
OĞLAQ
Ətrafdakılarla münasibətinizin korlanmasına baxmayaraq, sizin üçün vacib olan şəxslərlə dil tapacaqsınız. Günün ikinci yarısını yaşlı qohumların qayğısını çəkməyə həsr edin. Gün alış-veriş baxımından da əlverişlidir. Yaxınlarınıza hədiyyə alın.
DOLÇA
Ətrafdakıların sizdən nikbinlik, mehribanlıq gözlədikləri vaxtda gözünüzə dəyən nə varsa, hamısını dağıtmaq keçir könlünüzdən. Qısamüddətli səyahət üçün münasib gündür. Uzaqdan gəlmiş xarici vətəndaşla macəra yaşayacağınız da gözlənilir.
BALIQLAR
Yaradıcı, enerjili olacaqsınız. Bu da başladığınız işləri tamamlamağa kifayət edir. Bütün informasiyalara etibar etmək olmaz. Kimsə sizi bilərəkdən yanlış yola çəkmək istəyir. Gün romantik görüş üçün də əlverişlidir. Bu görüş həm sizin, həm də yarınız üçün yadda qalan olacaq.