ABŞ prezidenti Barak Obama Rusiya ilə ticarətdə normal münasibətlərin qurulmasına dair qanunu imzaladı.
Konqresin təsdiqlədiyi sənəd Cekson-Venik düzəlişinin ləğvini, həmçinin Rusiya Federasiyasında insan haqlarının pozulmasına şübhəli bilinən şəxslərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan «Maqnitski aktını» ehtiva edir. İmzalanma qanun layihəsinin hazırlanmasında iştirak edən konqpesmen və senatorların iştirakı ilə həyata keçirilib.
Bu arada «Komsomolskya pravda» qəzetinin baş redaktoru Vladimir Sunqorkin bu qanunun ilk qurbanı olduğunu açıqlayıb. Sentyabr ayında ABŞ-a getmək üçün viza alan baş redaktor vizasının Dövlət Departamenti tərəfindən dondurulduğunu deyib. Sunqorkin həmçinin «Maqnitski işi» ilə heç bir əlaqəsinin olmadığını deyib. Lakin «Exo Moskvı» radiostansiyası bununla bağlı araşdırma aparıb və Sunqorkinin vizasının dondurulmadığını ortaya çıxarıb. Onun nə səbəbdən bu tip xəbərlər yayması isə aydın deyil.
Azadlıq.info


