İP-də qızğın müzakirələr

12 dekabr tarixində Ictimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısı keçirilib. Bu barədə mətbuata IP KŞ-nin dönəm sədri Rauf Arifoğlu məlumat verib. O deyib ki, toplantıda ötən iclasda verilən qərarların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb. 10 dekabr Dünya Insan Haqları günü keçirilən aksiya IP-in ən güclü etiraz tədbirlərindən biri kimi yüksək dəyərləndirilib və bu aksiyada fədakarlıq edən IP üzvlərinə təşəkkür etmək barədə qərar qəbul olunub.
Daha sonra IP KŞ üzvü, politoloq Zəfər Quliyevin toplantıya təqdim etdiyi təhlil və təkliflər paketi ciddi müzakirə olunub. Müzakirə zamanı ölkədəki real vəziyyət də təhlil edilib. Bəzi razılaşmalar əldə edilib və yekunda qərara gəlinib ki, bu mövzular ətrafında müzakirələr davam etdirilsin. 14 dekabrda IP KŞ-nin növbədənkənar toplantısı keçiriləcək.