Ankara şəhər prokurorluğu Türkiyənin 8-ci prezidenti Turqut Özalın ekskumasiyası ilə bağlı hesabatını açıqlayıb. Hesabatda deyilir ki, Özalın zəhərlənərək öldüyünə dair dəlil tapılmayıb. Ekspertizanın gəldiyi nəticəyə görə, mərhum prezidentin nəşindən götürülən nümunələrdə ağır metalın səviyyəsi normaya uyğun olub. Beləliklə, onun zəhərlənərək öldüyünü demək mümkün deyil. Bununla belə, hesabata görə, Özalın ölüm səbəbini dəqiqləşdirmək mümkün olmayıb və prokurorluq bu istiqamətdə təhqiqatını davam etdirəcək.
Aydın Taş


