QOÇ
Sürətli hərəkət etmək bacarığınızla bir çox işinizi tamamlaya bilərsiniz. Bilmək istədikləriniz çoxdur. Bunu zamanın ixtiyarına buraxın. Həyata baxışınız nikbin olacaq. Bu gün məsuliyyətli işlərdən qaçın.
BUĞA
Nələr yaşadığınızı bir başqasıyla paylaşmaq sizə enerji verəcək. Yaşadıqlarınızı içinizdə saxlamaqda ustasınız. Ortaq gördüyünüz işlərdə pulla bağlı yarımçıq qalan məsələləri həll edə bilərsiniz. Artıq xərcləmələrdən qaçın.
ƏKIZLƏR
Sevdiyiniz adamla münasibətləriniz, həyatınız və maliyyə mövzularında ünsiyyət qura bilərsiniz. Qarşı tərəfin sizi maraqlandıran və yaxın gələcəklə bağlı həyatınızı dəyişdirəcək qərarlarla yaxından tanış olması normaldır.
Onu bu istəkdən məhrum etməyin, münasibətlərinizdəə soyuqluq yaranar.
XƏRÇƏNG
Şəxsi həyatınızla bağlı və işdə tamamlanması lazım olan məsələlərə köklənin. Əhəmiyyətli qərarları sabaha buraxın. Olduqca optimist təsirlər altında və fürsətlərlə dolu bir gün yaşadığınızı dəyərləndirin.
ŞIR
Eşq həyatınızda əyləncəli və azad bir gün yaşamaq istəyəcəksiniz. Bu gün həmçinin bəzi problemləri də həll etmək olar. Işdə maraqlı inkişaf gözlənilir.
QIZ
Bu gün evinizdə və ailənizlə bir yerdə olmağın kefini çıxaracaqsınız. Maliyyə məsələlərilə bağlı razılaşmalar gündəmə gələcək. Şəxsi həyatınızda gözəl şanslar sizi gözləyir.
TƏRƏZI
Yaxın ətrafınıza ümid verəcəksiniz. Digər tərədən qərarsızlığınızı yaxınlarınızla məsləhətləşərək məğlub edə bilərsiniz. Sevdiyiniz insanla razılaşacağınız bir gün olacaq.
ƏQRƏB
Bu gün maddi durumla bağlı fikrə dalacaqsınız. Bu baxımdan özünüzü bir az yalnız hiss edə bilərsiniz. Qənaətcil olmağınız məsləhətdir. Işdə bol şansınız olacaq.
OXATAN
Özünüzlə bağlı problemlərinizi izah etmək istərdiniz. Bunu dinləyəcək və sizinlə bütün bunları paylaşacaq insanlardan yaxşı məsləhətlər eşidəcəksiniz. Həyata keflə baxacaqsınız.
OĞLAQ
Sizi narahat edən suallar keçmişi ziyarət etmənizə səbəb ola bilər. Işdə şişirdilmiş düşüncələrdən qaçın və nikbinliyinizi nəzarətdə saxlayın. Özünüzə sərmayə qoya bilərsiniz.
DOLÇA
Gələcəyinizlə bağlı danışıqlar ola bilər. Işinizlə əlaqədar yaşayacağınız bir hadisə bəzi olanları daha rahat qəbul etmənizə səbəb olacaq. Əhəmiyyətli qərarlarınızı birisi günə saxlayın.
BALIQLAR
Həyatdan aldığınız kef sizi xoşbəxt edərkən, bütün il boyunca yaşadığınız təcrübələr gözünüzün qarşısından keçəcək. Yeni bir işlə məşğul olmaqdan imtina etmirsiniz. Əhəmiyyətli işlər üçün münasib gün deyil.

Günün ulduz falı (13.12.2012)
•