Dekabrın 9-da İctimai Palatanın İsmayıllı rayon təşkilatının növbəti toplantısı keçirilib. Toplantıda ictimai-siyasi vəziyyət, İP İsmayıllı rayon təşkilatının qarşısında duran vəzifələr müzakirə olunub, 9 nəfər İP-ə üzv qəbul edilib.
İctimai-siyasi vəziyyətlə bağlı AXCP sədrinin müavini Gözəl Bayramlı çıxış edib. Çıxış edən İP üzvləri bildiriblər ki, dəfələrlə İsmayıllı rayon icra hakimiyyətinə müraciət olunmasına baxmayaraq toplantının keçirilməsi üçün yer ayırmayıb. Buna görə də İP İsmayıllı rayon təşkilatının əlaqələndirmə şurası rayon icra hakimiyyətinin bu qanunsuz hərəkətindən 22 noyabr tarixdə iqtisad məhkəməsinə müraciət edib. İP İsmayıllı rayon təşkilatı İP-nin keçirdiyi aksiyaları məqsədəuyğun hesab edib, bu aksiyaların davam etməsinin vacibliyini bildiriblər. İP-in əhali arasında dəstəyinin getdikcə artdığı qeyd olunub.