Ötən həftə Moskvanın Millətlər Evinin böyük zalında “Şərhriyar” ədəbi-mədəni məclisinin təşkilatçılığı ilə Azərbaycanın məşhur satirik şairi Mirzə Ələkbər Sabirin 150 illik yubileyi keçirilib.
Gecəni tədbirin təşkilatçısı “Şəhriyar” ədəbi məclisinin sədri Vasif Məmmədov açıb. O, Sabir yaradıcılığından, onunla bağlı mütəfəkkirlərin fikirlərindən sitatlar gətirərək ümumi məlumat xaraterli cıxış edib.
Moskva “Ocaq” ədəbi cəmiyyətinin sədri Tofik Məlikli Sabirin həyatının və yaradıcılığının müəyyən məqamları ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, millətinin qeydinə qalıb, ona biganə yanaşanları “elə eyni biganəliyin dili ilə satira atəşinə tutan Sabir yaradıcılığında” hər bir satira istimai-sosial həyata güzgü tutur.
“Bu gün texniki inqilablar mənəvi-etik dəyərərin ehmal olunması üzərində inkişaf edir. Elmi texnika güclədnikcə digər bir sahədə- məhz etik-mənəvi əxlaq sahəsində tənəzzülə doğru gedir cəmiyyət. Və elə o üzdən Sabirin üsyan etdiyi çatışmamazlıqlar bu gün də aktualığını itirmir. Və bu boşluq dolmayana qədər də itirməyəcək. “Millət necə tarac olur olsun, nə işim var”- deyilən dünyadan nə qədər uzaqlaşmışıq?” – deyə Tofik Məlikli təəssüflə hələ o qayda-qanunlu cəmiyyət və onun üzvləri ilə yaşamağa məhkum olduğumuzu qeyd edib.
Tanımış yazıcı Çingiz Hüseynov isə Sabir yaradıcılığının “Harda müsəlman görürəm qorxuram” misrasındakı mənanı İslama düşmənçilik kimi qəbul edib, Sabirin dini atəşə tutduğunu düşünənlərin yanıldığını söyləyib. Yazıçı Sabirin nə şiə, nə də sünni adətlərindən deyil, “Quran”ın qanunlarından çıxış edib, İslamı o cür qəbul etdiyi düşüncəsində oldugunu söyləyib.
Sabirin satiralarını rus dilinə tərcümə edən şair İlham Bədəlbəyli isə çıxışında maraqlı bir nüansa diqqət çəkib: “Mən Sabirin oxuduğu məktəbdə təhsil almışam. Və mənim üşaq düşüncəmdə Sabir acından gözü qazanda qalan uşaq kimi idi. “Orucu tutdum iramazanda, iki gözlərim qaldı qazanda” misralarında mənimlə həmyaşıd saydığım Sabiri çox sonralar anlayacaqdım. Sabir xalqla deyil, xalqa qarşı zülm edənlərlə, dinlə deyil, dini alət edib onu ləkəyənlərlə mübarizə aparırdı”.
Sabirin ən böyük aşiqlərindən olduğunu deyən İ.Bədəlbəyli çıxışının sonunda onun satiralarından bir neçəsini rus dilində oxudu.
Növbəti cıxışçı, Avrasiya və RusiyaYazarlar birliyinin üzvü şairə Afaq Şıxlı Sabirə olan məhəbbətinin uşaqlıq illərində oxuduğu “Hohhopnamə” ilə başladığını söyləyib. Şairə, “Ay bərəkallah, nə gözəl canlarıq” şeirini söyləyərək, şeirdəki intellegentləri bu günkülərlə müqayisə edib.
Azerrosun Mıtışi şəhəri üzrə sədri Siyafət Surxayev, Moskva “Əhli-Beyt” dini cəmiyyətinin sədri Hacı Nizami Baloğlanov da ölməz satirikimizin yaradıcılığı ilə hər bir azərbaycanlının ruhuna hopmasından danışıblar.
Sabirin “Xandostu, amandır qoyma gəldi” şeirini Moskva Linqivistika institutunun tələbəsi Yuliyanın Azərbaycan dilində səsləndirməsi isə salonu gülüş və alqışlara bürüyüb.
“Dərviş” teatrının aktyoru Şirzad Pirallahinin “Bəhri-təhvil”i, 157 nömrəli məktəbin müəllimi Sevil İsmayılovanın rəhbəriyi ilə Sabirin şeirlərinin motivi əsasında şagirdlərin hazırladığı kompozisiya, müənni Səxavət Qurbanovun ifa etdiyi mahnılar gecəyə xüsusi rəng qatıb.
Gecədə Sabirin Moskvada yaşayan nəticələri Teymur Tahirli və Lalə Tahirli də iştirak ediblər. Ulu babalarına bir əsr yarım keçməsinə baxmayaraq bu məhəbbətdən dolayı məmmnuluqlarını bildirən Sabir nəslinin davamçıları belə bir hissi onlara yaşadan babalarının ruhu qarşısında baş əydikırini bildirib, tədbiri təşkil edənlərə təşəkkürlərini çatdırıblar.