Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas dekabrın 10-u səhər tezdən evdən çıxarkən saxlanaraq Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci bölməsinə aparılıb. Məlumatı Fəxrəddin Abbasın həyat yoldaşı Vəfa Cümşüdlü yayıb.
Güman olunur ki, saxlanma müxalif İctimai Palatanın dekabrın 10-u saat 2-yə Bakıda planlaşdırdığı etiraz aksiyası ilə bağlıdır. Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya icazə verməsə də, müxalifət mitinqi paytaxtın Fəvvarlər meydanında reallaşdıracağını açıqlayıb.
Aksiyada insan hüquqlarının pozulmasına son qoyulması, parlamentin buraxılması tələblərini səsləndirmək nəzərdə tutulur.
Müsavatın Sumqayıt şəhər təşkilatının digər üzvü Xanım Mirzə isə dekabrın 10-u saat 8:50-də 4-cü polis bölməsinə aparılıb.
Sumqayıt müsavatçıları Vidadi Feyzinin 3-cü polis bölməsinə, Rövşən Muradın 1-ci polis bölməsinə aparıldığı da xəbər verilir.