Bakıda sürücülər arasında qanlı dava: 1 ölü

Bu gün Bakı şəhərinin Qaradağ rayonu ərazisində Bakı-Ələt magistralında qətlə yetirilmiş şəxsin adı məlum olub. Qaradağ rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, qətlə yetirilən şəxs 1985-ci il təvəllüdlü Abbasov Rafiz Eldar oğludur. Onu vuran şəxs isə idarə etdiyi “Mercedes” markalı avtomobillə hadisə yerindən uzaqlaşıb.