Yəhya Musayev biznes şəbəkəsin qaynına həvalə edib
Müdafiə Sənayesi Nazirliyi ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Məlumatlarda iddia olunur ki, nazirliyə ayrılan vəsaitlər alınan avadanlıqların qiymətlərinin süni şəkildə şişirdilməsi, nazirliyin tabeliyində olan zavodların istehsal etdiyi məhsulların satışından əldə olunan pulların qaranlıq məqsədlərə sərf edilməsi vasitəsilə həyata keçirilir.
Məlumatlara görə, həmin vəsaitlər demək olar ki, bütövlükdə zavod direktorları tərəfindən nəğdləşdirilir və nazirin müavini Yəhya Musayevə qaytarılır. Eyni zamanda nazirliyin tabeçiliyində olan müəssisələr iri məbləğdə kreditlər götürməyə vadar edilir və kreditlərin taleyi qaranlıq qalır. Bu iddiaların əsassız olmadığını sübut edən məqamlardan biri də Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyində təmsil olunan şəxslərə məxsus, onların yaxın ailə üzvləri tərəfindən idarə edilən böyük biznes şəbəkələrinin mövcudluğudur. Məsələn, elə Yəhya Musayevin Türkiyədə biznes şəbəkəsi olduğu iddia edilir. Bu biznesin idarəçisi isə nazir müavinin Ilqar adlı qaynıdır. Nazir müavinin biznesinin tamamilə ölkə xaricində olması haqqında məlumatda bildirilir ki, əsas məqsəd təhlükəsizliklə bağlıdır. Məlum olduğu kimi bu ölkədə heç kimin malı təhlükəsizlikdə olmadığı üçün Yəhya Musayev də bundan sığortalanmayıb. Bunun yeganə yolu biznesin xarici ölkələrdə, xüsusilə də qanunların işlədiyi ölkədə yaradılmasıdır. Görünür, Yəhya Musayev də vəzifə başında çox qala bilməyəcəyini düşünüb, biznesini xaricdə yaradıb.


