Barselonanın argentinalı ulduzu Herd Müllerin rekordunu qırdı
Barselonanın argentinalı ulduzu Leonel Messi «Bavariya»nın əfsanəvi forvardı Herd Müllerin bir təqvim ilində vurduğu qolların sayına görə olan rekordunu qırdı. İspaniya çempionatının 15-ci turu çərçivəsində «Barselona»nın «Betis»lə keçirilən səfər oyununda Messi iki qol vuraraq bu ilki qollarının sayını 86-ə çatdırdı. Oyun “Barselona”nın 2-1hesablı qələbəsi ilə başa çatdı.
Xatırladaq ki, Müller 1972-ci ildə «Bavariya» və Almaniya yığmasının heyətində keçirdiyi oyunlarda 85 qol vurmuşdu.
Fizzə


