Şamaxıda təbii fəlakət qurbanları ayağa qalxdı

Dekabrın 9-da təbbi fəlakət nəticəsində ziyan görən Şamaxının Meysərli kəndinin bir qup sakini rayon icra hakimiyyətinə doğru yürüş etməyə cəhd göstərib. Kənd sakinlərindən musavat.com-a verilən məlumata görə, yürüşə səbəb yağan intensiz yağışlar nəticəsində qəzalı vəziyyətdə olan evlərin uçması olub. Sakinlər deyir ki, aylardır onalara heç bir yardım göstərilmir. Üstəlik kəndə gələn qaz və işıq kəsilib. Sakinlərin sözlərinə görə təxminə 80-ə yaxın ev uçmaq üzrədir. Həmin qəzalı vəziyytədə olan evlərdə yaşayan sakinlərə isə nə rayon rəhbərliyi, nə də ki, Fövqəladə Hallar Nazirliyi yardım edib.

Kənd sakinlərdinən Məmməd Əliyev musavat.com-a bildirib ki, onların rayon icra hakimiyətinə yürüşünə kənd bələdiyyəsi və rayon polis idarəsinin əməkdaşları mane olub: “Meydana yığışıb icra hakimiyyətinə getmək istədik bələdiyyənin işçiləri və polislər qoymadı. Kəndin icra nümayəndəsi isə qaçıb gizlənib. Kənddə yoluxucu xəstəliklər meydana gəlib. Uşaqlar bu qorxulu virusa yoluxub. Bir neçə gün öncə naməlum xəstəlikdən bir yeniyetmə dünyasınnı dəyişdi. Bu nə vaxta kimi davam edəcək?”.

Kənd sakinin sözlərinə görə, son günlər yağan intensiz yağışlar kənddə sürüşmənin sahəsini bir qədər artırıb: “Torpaq sürüşməsi durmadan davam edir. Yağışların yağması bu prosesi sürətləndirib. İnsanlar evlərinə girməyə qorxurlar. Kəndin yarısı küçələrdə gecələyir. Özümüz un kisələrindən çadr tikmişik. Niyə bizə kömək etmirlər?”.

Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətinə zəng vursaq da, iş günü olmadığından sualımıza cavab verə bilməyəcəklərini dedilər.

Qeyd edək ki, Şamaxının Meysərli kəndində noyabr ayından sürüçmə prosesi davam edir. Hazırda təbbi fəalkət nəticəsində 80-dən çox ev qəzalı vəziyyətdədir. Kənddə yaşayan sakinlərin yarısı evlərini boşaldaraq qohumlara sığınmalı olublar. İndiyənə kimi isə, kəndə heç bir yardım edilməyib.