“İlham Əliyev son təyinatlarla idarəetmə pultunu özündə saxlamaq istəyir”

zefer quliyev«Qərbin ona üçüncü müddəti qəbul etməməsi hakimiyyət üçün həqiqət anıdır»

Azərbaycanın siyasi hakimiyyəti Avropa birliyinin gözündə strateji tərəfdaş kimi görünmək üçün demokratik islahatlar yolu ilə getməlidir. Bu barədə siyasi şərhçi Zəfər Quliyev “ObyektivTV”yə müsahibəsində bildirib.  
Onun fikrincə, bu yaxınlarda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə dörd müavinin təyin edilməsi 2008-ci ildə dövlət başçısı seçkisi ərəfəsində heç gözlənilmirdi də. Bu gün vəziyyət başqadır- Rusiya və Iranla münasibətlər gərgindir, geosiyasi durum mürəkkəbləşir, prezident Ilham Əliyevin üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürmək niyyətində olması barədə YAP-ın bəyanatı ilə əlaqədar beynəlxalq qurumların ölkəyə təzyiqləri artır və s.
Heydər Əliyevin dövründə R.Mehdiyev səhnə arxasındakı “boz kardinal”, “ikinci planda aktyor” idi. Klan patriarxının ölümündən sonra peşəkar ideoloq, həm də siyasətçi oldu, onun qonşu ölkələrə səfərləri diplomatik relizlərin və siyasi şərhlərin 1 nömrəli mövzusuna çevrildi. Dövlət başçısı ona müavinlər təyin etməklə çox güman ki, idarəetmə pultunu şəxsən özündə saxlamaq, vəziyyətə birbaşa özü nəzarət etmək istəyir. Mövcud prezidentə üçüncü müddətin Qərb tərəfindən qəbul edilməməsi yerli siyasi hakimiyyət üçün həqiqət anıdır. Seçkilərə 10 ay qalıb və bu müddətdə əsas geosiyasi oyunçuların Xəzəryanı həmsöhbətlərin addımlarına anlaşma ilə yanaşması üçün çox iş görmək olar. Lakin bütün qollarda dayanıqlı, şaquli və üfüqü münasibətlərdə islahatlar aparan real mövcud institutlar yaratmaq əvəzinə hakimiyyət avtoritarizmin möhkəmlənməsinə xidmət edən qüvvələri cəmləşdirir. Son vaxtların mühüm hadisəsi əslən Azərbaycandan olan rusiyalı milyarderlərin qurum yaratmasıdır. Bura hakim Əliyevlər ailəsinin həm yaxın qohumları, həm də yaxın adamları daxildir. Yerli hakimiyyətdəki əsas qüvvələr kimi, Ramiz Mehdiyev də bu fakta qarşı çıxır, onu hakimiyyət bölgüsünün dəyişdirilməsində maraqlı olan hansısa qüvvələrin fitnəsi hesab edir. Lakin birincisi, bu, belə deyil, ikincisi ciddi, maliyyə baxımından sanballı fiqurların hər addımının arxasında siyasətçilər durur. Qurumun arxasında isə “Əliyev rejiminə” isti münasibət bəsləyən Rusiya rəhbərliyi durur.
Ölkənin siyasi isteblişmenti çağırışlara adekvat reaksiya verməyə hazır olmalıdır, durumu daha da sərtləşdirməməlidir. Tarix göstərir ki, cəmiyyətin “ağzını nə qədər möhkəm yumsan” hakimiyyət dəyişikliyinin nəticələri bir o qədər sərt olar”,- o bildirib.