2 metr hündürlüyündə dalğaların olacağı proqnozlaşdırılıb
Bu gün səhər saatlarında Yaponiyanın Şərq sahillərində 7,3 bal gücündə zəlzələ baş verib. İlk təkanlardan 13 dəqiqə sonra 6,7 bal gücündə növbəti təkan qeydə alınıb.
İlkin məlumata görə, zəlzələnin episentri ötən il martın 11-də baş verən güclü zəlzələnin qeydə alındığı yerin yaxınlığında olub.
Zəlzələdən sonra sunami xəbərdarlığı da edilib. Mütəxəssislər 2 metr hündürlüyündə dalğaların olacağı proqnozlaşdırıb.


