2020-ci il Avropa Çempionatının formatını niyə dəyişirlər?
UEFA 2020-ci il Avropa Çempionatının Türkiyədə keçirilməsinə imkan verməmək üçün format dəyişir.
Çempionata ev sahibliyi etmək istəyən tək ölkə Türkiyə olunca, UEFA əvvəl ortaya zorla başqa namizəd çıxarmaq üçün müraciət müddətini uzatdı. Gördülər ki, bu alınmır, indi Çempionatın formatını dəyişmək istəyirlər . Bunun adı nədir?
UEFA Türkiyənin ev sahibliyi üçün ən böyük və hətta rəqibsiz namizəd olduğu 2020 Avropa Futbol Çempionatını Avropanın 13 fərqli şəhərində keçirməyə istiqamətlənmiş əhəmiyyətli qərar verdi. Ancaq hələ qəti qərar verilməyib (“Hürriyet” qəzeti qəti deyə yazsa belə).
2016-ci ildə keçiriləcək Avropa Çempionatını daha əvvəl turnirə ev sahibliyi edən Fransanın yalnız 1 səslə qazanmasını təmin edən UEFA-nın prezidenti, fransalı keçmiş futbolçu Mişel Platini indi də Türkiyənin 2020 Avropa Futbol Çempionatına təkbaşına ev sahibliyi etməsinin qarşısını almaq üçün əlindən gələni edir. Çempionatı Avropanın müxtəlif şəhərlərində keçirmək ideysını ortaya atan odur.
Qəti qərarın qəbul edilməsi UEFA İcrayyə Komitəsinin sonrakı yığıncağına saxlansa da, ümumi fikirlər ona doğru istiqamətlənib.
Əgər, belə bir qərar veriləcəksə, onun dərhal – Fransanın ev sahibliyi etməli olduğu 2016-ci il Çempionatından etibarən uygulanması tələb edilməlidir. Yox əgər belə olmayacaqsa, Türkiyə Futbol Federasiyası, Gənclər və İdman Nazirliyi və başqa qurumları bu qərarın qarşısını almaq üçün lazım olanı etməlidirlər. Bu, göz görə-görə Türkiyəyə badalaq gəlməkdir.
Aydın Taş, Ankara