Misir müxalifəti prezident sarayı qarşısındakı səddi yarıb

Respublika qvardiyası iqamətgah ərazisini tərk edib
Misir dövlət televiziyasının məlumatına əsasən, prezident Məhəmməd Mursiyə qarşı olan qüvvələr prezidentin Qahirədəki iqamətgahı qarşısında qurulan səddi aşaraq, sarayının qapılarına doğur hərəkət ediblər. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, respublika qvardiyası iqamətgah ərazisini tərk edib.