Ölkə başçısı İlham Əliyev Azərbaycan Texniki Universiteti binasının əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam verib.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Texniki Universiteti binasının əsaslı təmiri və bərpası üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Texniki Universitetinə ilkin olaraq 3,5 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


