Bakı-Qazax yolunda zəncirvari ağır yol qəzası olub

Qəzaya düşən maşınlar arasnda sərnişin avtobusu da var

Bu gün saat 09:30 radələrindən Bakı-Qazax yolunun 135-ci kilometrliyində, Hacıqabul yolunda zəncirvari yol qəzası baş verib. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, qəzada sərnişin marşurutu da daxil olmaqla, 4 maşın toqquşub.

Belə ki, mişar daşı aparan “KamAZ”, “Ford-tranzit”, “Ford” markalı sərnişin avobusu və minik maşını toqquşub. Qəza nəticəsində mişar daşı aparan yük maşını aşıb. “Ford” markalı sərnişin avtobusundakı 2 sərnişin yaralanıb. Xəsarət alanlar 78 yaşlı Gürcüstan vətəndaşı Eminə Hüseynova və 23 yaşlı Əzizi Məmmədovdur.

Qəza nəticəsində Bakı-Qazax yolunda tıxac yaransa da, sonradan yol açılıb. Faktla bağlı araşdırma aparılır.