«Bəzi ölkələrin Əsədə sığınacaq təklif etdiyindən xəbərdarıq»
Türkiyə mətbuatının məlumatına görə ABŞ Xarici Işlər nazirinin müavini Mark Toner Yaxın Şərq və digər ölkələrin Bəşər Əsəd və ailəsinə qeyri-rəsmi sığınacaq təklif etdiyindən xəbərdar olduqlarını bildirib.
Toner əli minlərlə insan qanına batmış Əsədə sığınacaq verməyin qanunlara zidd olduğunu deyib(Olaylar).