“AzərRos”un vitse-prezidenti erməni hədəsinə cavab verdi

Dekabrın 4-də Vesti.az saytında «Vesti.az-dakı məlumata görə Ara Abramyan Azərbaycan diasporasının rəhbərinin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir» məqaləsi dərc edilib.
Məqalədə müxbir Azərbaycanın Rusiyadakı səfirliyinə, Diasporalarla iş Üzrə Dövlət Komitəsinə və Rusiyada yaşayan bütün imkanlı azərbaycanlılara müraciət edərək “AzərRos”un vitse-prezidenti Vidadi Abbasova kömək etmələrini istəyib.
Bu diqqətə görə nəşrə təşəkkür edən V.Abbasov erməni hədəsinə cavab verib və üzləşə biləcəkləri problemlərin öhdəsindən gəlmək iqtidarında olduqlarını diqqətə çatdırıb. Onun “Azadlıq”a göndərdiyi müraciətində deyilir:
Heç vaxt «Rusiyada qüdrətli erməni lobbisi» mifinə, o cümlədən «rusların ermənipərəst mövqeyinə» inanmamışam. Dəfələrlə də haqlı olduğuma əmin olmuşam. Bu dəfə də haqlı olduğumu sübut edəcəyimə şübhəm yoxdu və inanəram ki, hakimiyyət strukturları obyektiv qərar qəbul edəcək.
Həmçinin məlumat verməyi zəruri hesab edirəm ki, Rusiyadakı azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyatı və Nijni Novqoroddakı Azərbaycanlıların yerli Milli-Mədəni Muxtariyyatı kifayət qədər güclü, möhkəm və öz problemlərini öz gücünə həll etmək iqtidarındadır.
NN AMMM sədri, AzərRos AFMK vitse-prezidenti Vidadi Abbasov