İctimai Palatada (İP) Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi yaradılıb. Komitənin bu gün təsis yığıncağı keçirilib. “Demokratiya və Vətəndaş Cəmiyyətinin İnkişafına Kömək” İctimai Birliyinin sədri, hazırda həbsdə olan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin qardaşı Oqtay İsgəndərli Komitənin sədri, keçmiş vicdan məhbusları – AXCP sədrinin müşaviri Sahib Kərimov və Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı isə onun müavinləri seçilib.
Komitəsinin təsis olunmasında məqsəd siyasi məhbuslar məsələsini gündəmdə saxlamaq, onların azadlığa çıxması üçün sistemli iş aparmaqdır.


