MTN əməkdaşı ehtiyatsızlıqdan öldü

Bakının Xətai rayonu ərazisində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı faciəvi şəkildə dünyasını dəyişib. Rayon Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, dünən 51 yaşlı polkovnik-leytenant Məhərrəm İzzətov lift şaxtasına düşüb. Hadisə dünən saat 20 radələrində Mehmandarov küçəsində yerləşən 16 mərtəbəli binada baş verib. Həmin binada yaşayan M.İzzətov binanın 13-cü mərtəbəsində liftin açıq şaxtasından aşağı düşüb.

M.İzzətov aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.