Suriyada XİN nümayəndəsi Əsəd rejimindən qaçıb

Suriya xarici işlər nazirliyinin nümayəndəsi Cihad Maksudi Bəşər Əsəd rejimindən qaçaraq ölkəni tərk edib.
Bu barədə Əl-Cəzirə kanalı məlumat yayıb. Hələlik Suriyanın rəsmi mətbuatı Maksudinin qaçması yaxud işdən azad edilməsi barədə məlumatı təsdiqləməyib.

Öz növbəsində Londonda fəaliyyət göstərən Suriyada İnsan Haqlarına dair Müşahidə Şurasından Maksudinin Londona getdiyi barədə xəbər yayılıb. Özü də onun Livanın paytaxtı Beyrutun hava limanından yola düşdüyü deyilir. Şuranın rəhbəri Rami Abdul Rəhman bildirib ki, prezident sarayından Maksudinin getməsini istəsələr də, Əsədin onu uzaqlaşdırmaq niyyəti olmayıb.
Bir müddət əvvəl Livanın Əl-Manar telekanalı Suriya hakimiyyətinin Maksudini vəzifədən uzaqlaşdırdığı barədə məlumat yaymışdı. Buna səbəb isə onun hökumətin mövqeyini bölüşdürməməsidir.

“Azadlıq.info”