Putin Türkiyədə çətinə düşdü

Bel ağrıları səbəbindən oturmağa çətinlik çəkən Rusiya prezidentinə Ərdoğan kömək edib

Rusiya prezidenti Vladimir Putin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq toplantısı üçün Türkiyəyə gedib. Putinin səfəri Suriyadakı qarşıdurmanın pik həddə çatdığı bu günlərdə kritik əhəmiyyət daşıyır.
“Hürriyet” qəzetinin yazdığına görə, Suriya sərhədinə yerləşdiriləcək “Patriot” müdafiə sistemləri və Suriyada yaşananlar Putinin müzakirə mövzularına daxildir.
Rusiya prezidentinin Ərdoğanla görüşündə ilk mövzu isə onun bel ağrıları olub. Putin bel ağrıları üzündən oturmaqda çətinlik çəkərkən, baş nazir Ərdoğan ona kömək edib.