Azərbaycanın Siyəzən rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza dekabrın 1-i axşam saatlarında qeydə alınıb.
APA-nın şimal bürosunun məlumatına görə, Bakı şəhər sakini, 22 yaşlı Ələsgər İsmayılovun idarə etdiyi 90 NS 038 dövlət qeydiyyat nişanlı “Nissan Maksima” markalı nəqliyyat vasitəsi Sizəyəndən Bakı istiqamətində hərəkətdə olarkən yolun təmir işləri aparılan hissəsindəki torpaq təpəciyə çırpılıb.
Nəticədə maşının sürücüsü Ələsgər İsmayılov və avtomobildə olan sərnişinlər, 38 yaşlı Kaya Heysə Hanlı oğlu, 34 yaşlı Mert Aslan və 37 yaşlı Tacəddin Gülə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra paytaxtda yerləşən xəstəxanalardan birinə aparılıblar.
Avtomobildə olan sərnişinlər Türkiyə Respublikasının vətəndaşlarıdır.
Türkiyə vətəndaşları Siyəzəndə qəzaya düşüblər
•


