Türk futbolçuya atan azərbaycanlı kimdir?

Əzim Əzimov Gökhan Törənin pullarını mənimsəyərək aradan çıxıb

Rusiya futbolu yeni qalmaqal ərəfəsindədir. “Rubin” komandasının türkiyəli yarımmüdafiəçisi Gökhan Törə özbaşına komandanı tərk edib. Türkiyə mətbuatının verdiyi məlumata görə hazırda futbolçu Istanbuldadır. “Mən həqiqətən Rusiyadan gəlmişəm. Indiki vaxtda Kazana qayıtmaq istəmirəm. Buna ciddi səbəblərim var, lakin indilik danışmaq istəmirəm. Rusiyadan gəlməyimin əsaslı səbəbi var”, – deyə Torə “Sports.ru”ya danışıb.
Xatırladaq ki, futbolçunun agenti Georqi Yablukovun iddiasına görə, klubun bir neçə nümayəndəsi onun müştərisinin 500 min avrosunu mənimsəyib. Bu məsələdə “Rubin” komandasının baş məşqçisi Kurban Berdıyev və komandanın tərcüməçisi Yaşar Ozcan günahlandırılır. Komandanın rəhbəri isə irəli sürülən ittihamın klubu nüfuzdan salmaq məqsədiylə edildiyini bildirib. “Əgər Törə haqqında danışmaq istəyirsinizsə deyə bilərəm ki, o xəstələnib” – “Sovetskiy sport”un müxbirinə “Rubin”in mətbuat xidmətindən belə deyiblər. “Oyunçu komandanı tərk edibmi?” sualına isə Kazan klubunun rəhbəri belə cavab verib: “Mən bu suala cavab verə bilmərəm”.
Gökhan Törə Kazanın “Rubin” komandasına Almaniyanın “Hamburq” komandasından keçib. 4 illik müqavilə 2012-ci ilin iyulunun sonunda bağlanıb. KIV-in məlumatına görə türk futbolçusunun transferi üçün klub 6 miyon avro verilib.
Indi məlum olub ki, “500 minlik qalmaqal”da bir azərbaycanlının adı çəkilir. Əziz Əzimov adlı bu azərbaycanlı Törənin necə deyərlər “Rubin”ə keçməsində dəllalıq edibmiş. O.Berdıyevlə sıcaq münasibətlərinin olduğunu deyərək futbolçuya əməkhaqqı alanda iki yerə qol çəkəcəyini bildiribmiş. Törə pulun bir hissəini kartla, digərini isə nəğd alacaqmış. Indi məlum olub ki, futbolçu kartla pullarını ala bilib. Nəğd məsələsi isə yalan imiş. Və pul mənimsənilib. Maraqlıdır ki, Əzimov özü də aradan çıxıb. Futbolçu özü isə “Kazan-inform”a bildirib ki, pulunu tam almayanacan geri qayıtmayacaq.

Azad