Suriyanın Xoms şəhərində baş verən partlayışda ən az 15 nəfər ölüb, 24 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
«Azadlıq.info»nun «Reuters»a istinadən yaydığı məlumata görə, güclü partlayıcı maddə Xarma rayonunda avtomobilə yerləşdirilib.
Şahidlərin sözlərinə görə, yaxınlıqdakı binalara ciddi ziyan dəyib. Hadisə yerində xilasedici qüvvələr işləyir.
Hələlik hadisəyə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
“Azadlıq.info”


