Natiq Əliyevin İsgəndər Xəlilovla məxfi görüşü

natiq eliyevNazirlə iş adamı arasında nələr müzakirə edilib?

Sənaye və energetika naziri Natiq Əliyev “Milyarderlər Klubu”nun təsisçiləri iş adamı, “Mildyarderlər Klubu”nun təsisçilərindən olan Isgəndər Xəlilovla görüşüb. Bu barədə “Azadlıq”a etibarlı mənbə məlumat verib. Məlumata görə,  noyabrın 23-də 65 yaşı tamam olan Natiq Əliyev bu münasibətlə bağında ziyafət təşkil edib.

Isgəndər Xəlilov da “yuxarılar”ın razılığı ilə həmin ziyafətə dəvət edilib. Natiq Əliyevlə Isgəndər Xəlilov dost olsalar da, bu dəvət birincinin doğum gününü qeyd etməkdən daha çox ikincinin təsisçisi olduğu təşkilatla bağlı müzakirə aparmaqla bağlı olub. Natiq Əliyev Isgəndər Xəlilovun diqqətinə çatdırıb ki, Azərbaycan hakimiyyəti “Milyarderlər Klubu”nun yaradılmasından narahatdır və belə bir təşkilatın təsis edilməsini doğru saymır. Hakimiyyətin bu təşkilata münasibəti birmənalı olaraq mənfidir. Isgəndər Xəlilov isə öz növbəsində bildirib ki, Azərbaycan hakimiyyətilə münasibətlərini korlamaqda maraqlı deyil. Əksinə hakimiyyətlə əvvəlki sıcaq ilişkilərinin davam etdirilməsini məqsədəuyğun sayır. Lakin “Milyarderlər Klubu” ilə bağlı ondan asılı olmayan məsələlər var.
Xatırladaq ki, Isgəndər Xəlilov bir müddət əvvəl də Bakıya çağırılıb və onunla “Milyarderlər Klubu” barədə danışıqlar aparılıb. Iş adamı onda da özündən asılı olmayan məsələlərin olduğunu bildirərək təşkilatı tərk etməyib.