Azərbaycan Ordusunun xidməti silahını götürərək hərbi hissəni tərk etmiş əsgəri saxlanılıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, Müdafiə Nazirliyinin Ağdamda rayonundakı “N” saylı hərbi hissəsini özbaşına tərk edən əsgər Abdulov Məhəmmədəli Elşən oğlu Ağcəbədi rayonun Arazbarı kəndi istiqamətində saxlanılıb. Onu polis və hərbiçilərdən ibarət operativ əməliyyat qrupu saxlayıb.
Qeyd edək ki, əsgər 1 ədəd avtomat və 4 ədəd avtomat darağını götürərək, hərbi hissəni tərk etmişdi.
Hərbi hissəsini silahlı tərk edən əsgər saxlanıldı
•


