Bu gün axşam saatlarında Suriyanın paytaxtında internet və mobil rabitə bərpa olunub.
Bu barədə Dəməşkdə fəaliyyət göstərən Frans-Press agentliyinin müxbiri məlumat verib.
Noyabrın 29-dan Suriya internetsiz və mobil rabitəsiz qalmışdı. Hakimiyyət bu məsələdə terrorçuları günahlandırsa da, Suriya müxalifəti bir sıra beynəlxalq ekspertlər şəbəkənin söndürülməsində məhz hakimiyyətin günahkar olduğunu iddia edir. SANA dövlət informasiya agentliyi də telefon rabitəsinin işlədiyi barədə məlumat yayıb. Suriya KİV-i ölkənin digər ərazilərində də internet və mobil rabitənin işə düşdüyünü iddia edir.
Azadlıq.info


