“Qorotdel”in binası sökülür

Bakı Şəhər Baş Polis Idarəsinin köhnə binası sökülür. Söküntü işlərinə bir neçə gündür ki, başlanılıb. Binanın hansı səbəbdən söküldüyü, yerində nə tikiləcəyi bəlli deyil. Xatırladaq ki, sözügedən 6 mərtəbəli bina Mərdanov qardaşları küçəsində, Bakı Şəhər Baş Polis Idarəsinin yeni binası isə Xətai rayonunda yerləşir.
Köhnə binanı həm də Bakı Şəhər Polis Idarəsinin sabiq rəisi Məhərrəm Əliyevdən xatirə də hesab etmək olar. Çünki bina məhz onun dövründə əsaslı təmir olunub və Məhərrəm Əliyev uzun müddət bu binada rəis kimi fəaliyyət göstərib.