Cəbhəçi fəal istintaqda yenidən dindirilib
AXCP fəalı Dəyanat Babayev bu gün Nəsimi rayon polis idarəsinə istintaq üçün çağırılıb. Vəkil Əsabali Mustafayevin iştirakı ilə onu polis mayoru Rövşən Kələntərov dindirib.
İstintaqa çağırılmanın əsas səbəbi D. Babayevin KİV-də səsləndirdiyi bir fikirlə bağlı olub. Babayev bildirmişdi ki, üzünə qoyulan “zərərçəkən”- Tofiq Səlimov ötən ilin martın 4-də onun internet klubdan oğurlanıb həbs edilməsində iştirak edən şəxsidir. O, müstəntiqin T.Səlimov barədə suallarını cavablandırılıb.
Babayev izahatında noyabrın 7-də baş verən hadisənin hərtərəfli və obyektiv araşdırılması üçün həmin ərazidə olan videomüşahidə kameralarının çəkilişlərindən istifadə olunmasını, eləcə də həmin vaxt Musa Rahimin yazdığı səs qeydlərinin istifadasəinin vacibliyini göstərib.
D.Babayev “Azadlıq”a bildirib ki, istintaq bu gün ona Bakını tərk etmək, respublika ərazisində sərbəst hərəkət izni verib. Xatırladaq ki, məhkəmədən azad olsa da, polis ondan Bakını tərk etməmək barədə iltizam almışdı.
D.Babayevə verilən ittiham isə qüvvəsində qalır. Vəkil deyir ki, D.Babayev istintaqla əməkdaşlıq edəcək.
D. Babayev Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) ittiham olunur.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, o, noyabrın 7-də axşam Musa Rəhimovla birlikdə Tofiq Səlimov adlı bir vətəndaşı təhqir edib və ona bədən xəsarəti yetirib.
AXCP isə ittihamı qəbul etmir. Partiyanın mövqeyinə görə, Dəyanət Babayevə qarşı ittihamlar ölkədə artan siyasi fəallığı və gənclər hərəkatını səngitməyə yönəlib.
Hikmət


