rovnaq

Rövnəq Abdullayev “kürd serialı”na sponsorluq edir

rovnaqARDNŞ-in Mahsun Kırmızıgülün çəkdiyi seriala pul xərcləməsi nədən qaynaqlanır?

Türkiyəli müğənni Mahsun Kırmızıgülün yeni çəkdiyi “Benim için üzülmə” adlı teleserialın əsas sponsoru Azərbaycan Dövlət Neft Şirkətidir. Bu faktın təsdiqi kimi serialın hər bölümünün sonunda ARDNŞ-ə( orada SOCAR yazılır) təşəkkür edilməsini göstərə bilərik.
Mahsun Kırmızıgül miliyyətcə kürddür və terrorçu PKK təşkilatına simpatiyası ilə tanınır. ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin də kürd əsilli olduğu sirr deyil. Bu halda ARDNŞ-in kürd əsilli müğənninin çəkdiyi teleseriala sponsorluq etməsinin sirri aydın olur. Yeri gəlmişkən, Türkiyənin “ATV” kanalında artıq 4 bölümü yayımlanan “Benim için üzülmə” serialı kürdlərin həyat tərzindən bəhs edir.