Baş məşqçisi “Mançester Siti”də çalışacaq
“Barselona” klubunun sabiq baş məşqçisi Xosep Qvardiolanın çalışacağı yeni klub məlum olub. ANS PRESS-in məlumatına görə, baş məşqçinin agenti hazırki İngiltərə çempionundan müştərisinə təklif gəldiyini bildirib.
“Qvardiola bununla bağlı ilkin razılığını verib. Bundan sonra ona “Milan”dan təklif gəlib-gəlməyəcəyi önəmli deyil”, – deyə Xosep Qvardiola bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Xosep Qvardiola Braziliya Futbol Federasiyasının bu ölkənin yığmasını çalışdırmaq təklifindən imtina etmişdi.