Spikerlə bağlı «Azadlıq»a ilginc faktlar daxil olub
Milli Məclisin spikeri Oqtay Əsədov və xanımı Zemfira Əsədovanın adı mülk qalmaqalında hallandırılır. Iddialara görə, hazırda spiker və xanımının adı hallandırıldığı mülk mübahisəsi ilə bağlı məhkəmə çəkişməsi gedir.
Iş Bakının rayon məhkəmələrindən birinin icraatındadır. Məhkəmə ciddi-cəhdlə bu məsələnin gizli qalmasına çalışır.
Oqtay Əsədov və xanımının adı hallandırılan qalmaqalın təfərrüatları “Azadlıq”a bəllidir. Bəzi dəqiqləşdirmələrimiz başa çatdıqdan sonra məsələni geniş şəkildə oxucuların diqqətinə çatdıracağıq.