YAP rəsmisi hakim partiyada Ilham Əliyevlə bağlı tərəddüdlərin olduğunu deyib
YAP Siyasi Şurasının üzvü Musa Musayev hakim partiyada Ilham Əliyevin 2013-cü il prezident seçkisində namizəd olacağı barədə tərəddüdlərin olduğunu etiraf edib. O, “Moderator.az” saytına müsahibəsində deyib: “Doğrusu, bəzi YAP-çıların prezidentliyə namizədimizlə bağlı tərəddüdlü mövqeləri məni təəccübləndirir”.
Lakin Musa Musayev konkret ad çəkmək istəməyib. “Bunu o insanlardan soruşsanız daha yaxşı olar. Cavab versinlər ki, Ilham Əliyevin namizəd olması ilə bağlı niyə birmənalı mövqelər sərgiləmirlər”, – deyə YAP rəsmisi bildirib.