“Nigar nə bilsin ki, getdiyi yerdə qarşısına “KAMAZ” çıxacaq?”
Müğənni İzzət Bağırov Müsavat Məclisinin üzvü Nigar Yaqublunun həbsinə münasibət bildirib. Noyabrın 29-da “Media forum” saytına danışan İzzət Bağırov deyib: “Heç kim bilərəkdən qəza törətmir. Nigar bilərəkdən gedib insan öldürməyib. 50 ilin sürücüsü də qəza törədir. Nigar nə bilsin ki, getdiyi yerdə qarşısına “KAMAZ” çıxacaq? Mənim yaxın dostumun da başına belə bir hadisə gəlmişdi, o da avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdi və qəzada maşının sahibi dünyasını dəyişmişdi…
Allah Nigar xanımın qapısını açsın. Düşünürəm ki, dövlət bu işə çox ciddi yanaşar. Dekabrın 5-də keçiriləcək prosesi gözləyək. Hər halda məhkəmə onun azad edilməsi haqda qərar çıxarar. Arzu edirəm ki, Nigar xanımı tezliklə azadlığa buraxsınlar”.


