İtaliyanı tornado vurdu (VİDEO)

Day.Az xəbər verir ki, təbii fəlakət, onsuz da, böhranın təsirindən pis vəziyyətə düşən İtaliya iqtisadiyyatına güclü zərbələr vurur. Bu dəfə ölkənin cənubunda yerləşən Taranto şəhəri zərbə altında qalıb.

Dağıdıcı tornado şəhərə dəniz tərəfdən gəlib. Şəhərdəki poladtökmə zavodunun buxar borularından birini ildırım vurub. Borunun qırıntıları elektrik naqillərinin üstünə düşüb, nəticədə zavodda yanğın baş verib.