Suriya hakimiyyəti ölkədə interneti kəsib

Suriya hakimiyyəti ölkədə internet əlaqəsini kəsib.

Bu barədə ABŞ-ın internet monotorinq şirkətləri xəbər verir.

«Renesys» şirkəti bunun günorta baş verdiyini deyir.

Məlumatı ABŞ-ın «Akamai Technologies» şirkəti də təsdiqləyib.

Misir və Dubayın nəqliyyat idarələri isə Suriyaya uçuşların dayandırıldığını xəbər verirlər.
Məlumata görə Suriya hakimiyyəti ətraf qəsəbələrdə döyüş getdiyinə görə, hava yolunu bağlayıb.