FİFA 2012-ci il üçün “Qızıl top”a namizədlərin son üçlüyünün siyahısını elan edib. Lent.az-ın məlumatına görə, bunlar “Barselona”nın oyunçuları Lionel Messi, Andres İnyesta və “Real”ın hücumçusu Kriştianu Ronaldudur.
Bu üçlükdən ən güclünün kim olacağı isə gələn il yanvarın 13-də müəyyən olunacaq. Həmin oyunçunun adını isə “Qızıl top”un 2004-cü ildəki qalibi Andrey Şevçenko açıqlayacaq.
Xatırladaq ki, son üç mövsümdə “Qızıl top” Lionel Messiyə qismət olub.