Putinlə Əliyev arasında telefon danışığı olub

Rusiya və Azərbaycaan prezidentləri ikitərəfli münasibətləri müzakirə edib

Noyabrın 29-da RF prezidenti Vladimir Putinlə Azərbaycanın dövlət başçısı İlham Əliyev arasında telefon danışığı olub. «Azadlıq.info»nun İnterfaks agentliyinə istinadən yaydığı məlumata görə, dövlət başçıları ikitərəfli münasibətlərə dair bir sıra aktual məsələləri müzakirə edib.