Laşa Pataraya 6-cı dəfə rekord təzələyib
Laşa Pataraya adlı gürcü pəhləvan altıncı dəfə Ginnes Rekordlar Kitabına düşüb. O, buna yük maşınını bir qulağı ilə çəkməklə nail olub. Rustavi şəhərində baş tutan rekord cəhdini qeydə almaq üçün xüsusi komissiya dəvət olunub.
Laşa Pataraya komissiya və azarkeşlərin qarşısında 8 ton ağırlığında olan yük maşınını qulağı ilə 21,5 metr məsafədə çəkib.
“Çox xoşbəxtəm ki, altıncı dəfə dünya rekorduna imza atdım. Bu rekorda hazırlaşmaq üçün 2 ay vaxt sərf etmişəm. Bir az daha çalışacam və pərəstişkarlarımı yeni-yeni rekordlarla sevindirəcəm”, deyə Laşa Pataraya belə deyib.
Qeyd edək ki, gürcü pəhləvan bundan əvvəl 7 ton ağırlığında helikopteri bir qulağı ilə çəkərək rekorda imza atmışdı.