İranlı hüquq müdafiəçisi, Nobel sülh mükafatçısı bu Şirin Ebadi bu gün Avropa Parlamentini İranda insan haqlarının vəziyyətinə daha çox diqqət ayırmağa çağırıb.
O qeyd edib ki, hazırda İranla danışıqlarda diqqət əsasən onun nüvə proqramına yönəlib, amma Avropa Birliyi bu ölkədə insan haqlarının vəziyyəti barədə də məsələ qaldırmalıdır.
Şirin Ebadi bildirib ki, nə qədər ki, İranda məhkəmə sistemi formalaşdırılmayıb və bu sistem təhlükəsizlik sistemilə bağlıdır ölkədə heçnə dəyişməyəcək.


