Yaxın illərdə Bakıda Şahmat Akademiyasının inşası planlaşdırılır. Akademiya Dənizkənarı Bulvar ərazisində, dənizin içinə doğru atılmış körpülər üzərində tikiləcək. Akademiya qeyri-adi görünüşdə tikiləcək (lent.az).
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İllümjinov qurumun 83-cü konqresindəki hesabat xarakterli çıxışında bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə Şahmat Akademiyasının paytaxtın ən görkəmli yerlərindən birində inşasına dair razılıq əldə olunub.