Dövriyyədən çıxarılan çeklərin alqı-satqısının arxasında nə dayanır?
2011-ci ilin yanvarın 1-dən özəlləşdirmə çeklərinin dövriyyə müddəti başa çatıb. Həmin tarixdən çeklər etibarsız sayılır. Lakin buna baxmayaraq hələ də qara bazarda çek alveri gedir. “Azadlıq”a daxil olan bu alverinin arxasında əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov dayanır. Komitə sədri bununla həm vaxtilə həyata keçirmiş maxinasiyalarını ört-basdır edir, həm də əlavə pullar qazanır.
Məlumatda deyilir ki, bu çeklərin vaxtilə özəlləşdirilən dövlət əmlakına qoyulur. Məsələ burasındadır ki, bir sıra dövlət əmlakları özəlləşdirilən zaman sənədlərdə bura xeyli çek qoyulduğu göstərilsə də, əslində bu belə deyil. Çeklər dövriyyədən çıxaraq dəyərsizləşəndə isə Kərəm Həsənov işçilərinə göstəriş verib ki, əhalidə qalmış çekləri ucuz qiymətə alsınlar. Alınan çeklərlə yuxarıda qeyd etdiyimiz maxinasiya ört-basdır edilir. Digər tərəfdən hansısa iş adamı hər hansı bir idarəni özəlləşdirən zaman Əmlak Məsələləri üzrə Dövlət Komitəsində ondan obyektə çek qoyulması tələb edilir. Çekləri də elə komitə özü təklif edir. Əgər iş adamı qiymətlə razılaşmayıb bazara yollanırsa, dərhal Kərəm Həsənov öz adamlarına çekin qiymətinin bahalaşdırmağı tapşırır. Nəticədə iş adamı komitənin təklif etdiyi qiymətlə razılaşmalı olur. Beləliklə də Kərəm Həsənov dövriyyədən çıxarılmış çeklərlə iri maliyyə əməliyyatları keçirir.
Məlumatlara görə, Kərəm Həsənovun “çek əməliyyatı”nı onun müavini Rüstəm Şahbazov kurasiya edir. Qara bazarda çeklərin alqı-satışını həyata keçirən Nadir adlı şəxs də onun yaxın qohumudur.
Namiq