Dəməşqdə partlayış: 44 nəfər yaralı

Dəməşqdə avtomobilə quraşdırılmış bombanın partlaması nəticəsində ən azı 44 nəfər həlak olub.
Həlak olanların 34-nün kimliyi məlum olub. Qalan 10 nəfərin üzərində şəxsiyyət vəsiqəsi olmadığına görə, onların kimliyini müəyyənləşdirməkdə çətinlik yaranıb. Bundan başqa, 83 nəfər ağır yaralanıb. Partlayış olan ərazidəki binalara da ciddi ziyan dəyib.

Hadisə əsasən, xristianların yaşadığı Caraman rayonunda baş verib.