Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Meksika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Enrike Penya Nietonun andiçmə mərasimində iştirak etmək üçün noyabrın 29-da bu ölkəyə səfər edəcək. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, vitse-spiker paytaxt Mexiko şəhərində keçiriləcək mərasimə qatılacaq, dost Meksika xalqının rifahı naminə qarşıdakı fəaliyyətində yeni prezidentə arzularını çatdıracaq.
Səfər dekabrın 4-də başa çatacaq.
Bakıdan Meksikaya nümayəndə gedir
•


