Bakıda professor intihar etdi

Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib. Yasamal rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə Yeni Yasamal, 2 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1930-cu il təvəllüdlü Şəmsəddin Quliyev özünü 9-cu mərtəbədən ataraq ölüb. Şəmsəddin Quliyev xəstəlikdən əziyyət çəkirmiş və həmişə ağrılardan şikayət edib.

Şəmsəddin Quliyev Azərbaycan Neft Akademiyasının professoru olub. O, təqaüddə idi. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb.