İvanişvili ABŞ-a söz verdi

Gürcüstan hökuməti ABŞ-la münasibətlərin daha da dərinləşməsi istiqamətində siyasət aparacaq.
Bu barədə Gürcüstanın baş naziri Bidzina İvanişvili ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Erik Rubinlə görüşündən sonra keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, görüş zamanı Gürcüstan-ABŞ ikitərəfli münasibətləri analiz olunub.

“Mən 20 il ərzində Gürcüstana dəstək və kömək göstərdiyinə görə ABŞ-a minnətdarlığımı bildirdim və ümidvar olduğumu dedim ki, yeni hökumətin fəaliyyəti dövründə bu münasibətlər daha da inkişaf edəcək.

O, Erik Rubinə söz verib ki, Gürcüstan ABŞ üçün daha da etibarlı tərəfdaş olacaq.