Gülər Əhmədovanın ərəblərlə 5 milyonluq iş birliyi

Milli Məclisin sabiq deputatı Gülər Əhmədova barəsində yeni iddia ortaya çıxıb. AzNews.az-a daxil olan məlumata görə, G.Əhmədova hələ deputat olduğu illərdə bəzi ərəb iş adamlarını Azərbaycana gətirmək və burada onların investisiya vəsaitləri yatırmasında vasitəçilik etmək istəyi olub.

Məlumata görə, G.Əhmədova ərəb biznesmenlərinin Azərbaycanda iş və hakimiyyətin müəyyən dairələri ilə əlaqələr qurmasında vasitəçilik etməyi öz üzərinə götürüb. Ərəblərin isə Azərbaycana ilkin olaraq 5 milyon dollar vəsait yatıracağı iddia olunur.

İddialara görə, hətta əlaqələrin qurulması üçün G.Əhmədovaya beh də verilib.

aznews.az